• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

HP-nın 2024-cü il üzrə hesabatı Milli Məclisə təqdim edilib

İQTİSADİYYAT

02 Aprel 2025 | 14:54

HP-nın 2024-cü il üzrə hesabatı Milli Məclisə təqdim edilib

Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Platadan Bakıvaxtı.az-a verilən xəbərə görə, kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı” müzakirə olunub.

    Bildirilib ki, Hesabatda Hesablama Palatasının Strateji Planına uyğun olaraq 2024-cü il üzrə planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla əks etdirilib, həmçinin burada nəzarət tədbirləri barədə icmal-statistik məlumatlar təqdim olunub.

    Eyni zamanda, Hesabatda Hesablama Palatasının fəaliyyətinin, o cümlədən audit təsirinin (audit impact) ölçülməsi və fəaliyyətinin digər istiqamətlərdə təşkili barədə məlumatlar verilib.

    Müzakirələrin yekununda Kollegiya üzvləri hesabatın təsdiq edilməsi və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması barədə qərar qəbul ediblər.

    Daha sonra Hesablama Palatasının fəaliyyəti ilə bağlı cari məsələlərə baxılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026