• Bakı 15° C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Bu şəxslərə 500 manat müavinət veriləcək

İQTİSADİYYAT

02 May 2025 | 12:07

Bu şəxslərə 500 manat müavinət veriləcək

Azərbaycanda uşağın anadan olmasına görə ailəyə birdəfəlik müavinət verilir.

Bakıvaxtı.az globalinfo.az-a istinadən xəbər verir ki, bu, uşağın dünyaya gəlməsi ilə bağlı ilkin xərclərin qarşılanmasına kömək məqsədi daşıyır.

Belə ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət şəxsin müraciəti olmadan hüququ yaranan an proaktiv qaydada təyin olunur və hər hansı sənədin təqdim edilməsi tələb edilmir. Ödəniş təyin olunduqdan sonra valideynlərdən birinə bu haqda SMS bildiriş göndərilir. Birdəfəlik müavinət uşağın anasına, o, olmadıqda və ya digər istisna hallarda atasına verilir.

Müavinətin məbləği 500 manatdır.

Onun təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə isə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.

Paralel olaraq, müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Qeyd edək ki, müavinət almaq hüququ olanlar – Azərbaycan vətəndaşları, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdir.


SON XƏBƏRLƏR