Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Tailanda 75,9 milyon ABŞ dolları dəyərində 137,8 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bakıvaxtı.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 127,2 milyon ABŞ dolları və ya 62,6%, həcm ifadəsində isə 189,2 min ton və ya 57,9% azdır.
Dövr ərzində Tailand Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,6 milyard ABŞ dolları dəyərində 8,2 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.