• Bakı 15° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Daha 19 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İQTİSADİYYAT

02 May 2025 | 12:37

Daha 19 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 18-də növbəti dəfə avtomobil hərracı keçirəcək.

Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 19 nəqliyyat vasitəsi çıxarılacaq. Bunlar, "Azərizolit" MMC-yə məxsus "Toyota Land-Cruiser Prado" və "KİA Sportage" markalı minik avtomobilləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus "QAZ 3302-18" markalı yük avtomobili, "UAZ 31519" markalı minik avtomobili və "MTZ 80" markalı təkərli traktor, Xarici İşlər Nazirliyinə məxsus "BMW 528I" markalı 2 ədəd minik avtomobili, Kənd Təsərrüfatı Nazirliyinin "Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi"nə məxsus "Niva Effekt SK-5ME-1" və "SR-2055" markalı kombaynlar, "Lamborghini" markalı traktor, Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna məxsus "Hyundai Equus", "Toyota LC200" və "Volqa Sayber" markalı minik avtomobilləri, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsus "Audi A8" markalı minik avtomobili, Masallı Rayon İcra Hakimiyyətinə məxsus "Toyota Land-Cruiser Prado" markalı minik avtomobili, Prezidentinin İşlər İdarəsinə məxsus "BMW 740LI" markalı minik avtomobili, Milli Məclisinin İşlər İdarəsinə məxsus "Nissan Altima", "Nissan Maxima" və "Toyota Avalon" markalı minik avtomobilləridir.

Avtomobillərin buraxılış illəri 1984-2014-cü illər, start qiyməti 900 - 20 500 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.


SON XƏBƏRLƏR

02 May 2025