• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

XİN məlumat yaydı - Ermənistan...

SİYASƏT

02 Aprel 2025 | 17:15

XİN məlumat yaydı - Ermənistan...

Ermənistan tərəfindən basdırılmış minalar Azərbaycan mülki əhalisinin təhlükəsizliyini və rifahını təhdid etməyə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Ağdamda daha bir mülki şəxs mina qurbanı olub:

"İkinci Qarabağ müharibəsindən sonra mina çirklənməsi səbəbindən ümumilikdə 387 azərbaycanlı mina qurbanı olub. İnsanların mina səbəbilə həlak olması və yaralanması gizli təhlükənin davam etdiyini və dağıdıcı olduğunu göstərir".

Məlumatda vurğulanıb ki, davamlı mina çirklənməsi regionda sülh, barışıq və sabitlik üçün əsas maneə təşkil edir:

"Beynəlxalq ictimaiyyəti bu kritik məsələnin həllində əhəmiyyətli siyasi və praktiki dəstək verməyə çağırırıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026