• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Sabah" səfərdə "Neftçi"yə qalib gəlib

İDMAN

02 Aprel 2025 | 21:34 | Müəllif: Subhan Mahmudov

"Sabah" səfərdə "Neftçi"yə qalib gəlib

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Sabah" səfərdə "Neftçi"ni məğlub edib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Neftçi Arena"da baş tutan matçda qonaqlar rəqibini 2:1 hesabı ilə üstələyiblər.

11-ci dəqiqədə Azər Salahlı topu öz qapısına göndərməklə "bayquşlar"ı hesabda irəli çıxarıb. 10 dəqiqə sonra Yuri Matias "status-kvo"nu bərpa etsə də, 52-ci dəqiqədə adını tabloya yazdıran Pavol Safranko yekun hesabı müəyyənləşdirib.

Günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" doğma meydanda "Qarabağ"a qalib gəlib - 1:0.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 23-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR