• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Ərdoğan və Tramp yaxın vaxtlarda danışıqlar apara bilər

DÜNYA

02 Aprel 2025 | 16:27 | Müəllif: Gülşən Şərif

Ərdoğan və Tramp yaxın vaxtlarda danışıqlar apara bilər

Rəsmi Ankara yaxın gələcəkdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında danışıqların mümkünlüyünə icazə verir. 

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, Ərdoğanın yaxın gələcəkdə ABŞ-yə səfər etməsi və Trampla danışıqlar aparması ehtimalı var. 

Lakin hələlik konkret tarixlər barədə söhbət yoxdur.

Qeyd edək ki, martın 28-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Tərəflər ikitərəfli münasibətləri və Ukraynadakı münaqişənin həllini müzakirə ediblər. Ərdoğan Putinə bildirib ki, Ankara öz ərazisində danışıqların təşkili də daxil olmaqla istənilən dəstəyi verməyə hazırdır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026