• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

NTD klubunun baş məşqçisi: “Büdcəmiz imkan versə, avrokuboklarda iştirak edəcəyik”

İDMAN

01 Aprel 2025 | 14:09

NTD klubunun baş məşqçisi: “Büdcəmiz imkan versə, avrokuboklarda iştirak edəcəyik”

Büdcəmiz imkan versə, avrokuboklarda iştirak edəcəyik.

Bunu Bakıvaxtı.az-a açıqlamasında basketbol üzrə Azərbaycan Kubokunun qalibi olan NTD klubunun baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis avrokuboklarda iştirak barədə rəhbərliklə hələ söhbət etmədiklərini bildirib:

“Bildiyiniz kimi, bu, büdcəyə bağlı olan məsələdir. Ona görə indidən heç nə deyə bilmirəm. Hələ rəhbərliklə söhbət etməmişik. Hazırda çempionata köklənmişik və bu barədə mövsümün sonunda qərar verəcəyik. Əlbəttə, büdcəmiz imkan versə, avrokuboklarda iştirak edəcəyik. Klubların beynəlxalq yarışlarda sayı nə qədər çox olsa, Azərbaycan basketbolu üçün o qədər yaxşıdır. Avropa təcrübəsi qazanmaq yığma üçün də çox müsbət cəhətdir. Məncə, hər klub belə böyük yarışlarda iştirak etmək istəyər”.

O, Çempionlar Liqasından başlamağın daha rahat olduğunu vurğulayıb:

“Çempionlar Liqasından başlamaq daha rahatdır. Çünki burada uduzan komanda Avropa Kubokunda oynamaq imkanı əldə edir. Ancaq hansı yarışda iştirak edəcəyimizi demək hazırda mənim üçün çətindir”.

Baş məşqçi avrokuboklara qatılacaqları təqdirdə heyətdə dəyişikliklər olacağını da nəzərə çatdırıb:

“Yarışlar sentyabrda başladığı üçün hazırlıq və transfer məsələləri ilə bağlı problemlər olmur. Bilirəm ki, Azərbaycana oyunçular gətirmək çətindir. Çünki ölkəni o qədər də yaxşı tanımırlar. Amma avrokuboklarda nə qədər təmsil olunsaq, ölkə o qədər tanınacaq. Bu da gələcəkdə əcnəbi oyunçuların Azərbaycana daha rahat gəlməsi üçün şərait yaradacaq. İstənilən halda, avrokuboklara qatılsaq, heyətdə müəyyən dəyişikliklər olacaq”.

Qeyd edək ki, martın 30-da Bakı İdman Sarayında keçirilən final matçında “Gəncə"ni 81:72 hesabı ilə məğlub edən NTD Azərbaycan Kubokunun qalibi olub.


SON XƏBƏRLƏR