• Bakı 13° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Şahmatçılarımız FİDE reytinqində gerilədi

İDMAN

30 Aprel 2025 | 20:16

Şahmatçılarımız FİDE reytinqində gerilədi

FİDE şahmatçıların may üçün dünya reytinqini dərc edib.

Bakıvaxtı.az xəbər verir ki, siyahıda Azərbaycanın 7 şahmatçısı “Top-100”də yer alıb.

    Kişi şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. Bir pillə geriləyən qrossmeysterimiz 2746 xalla 14-cü yerdə qərarlaşıb. Onun kimi bir addım geriləyən Teymur Rəcəbov (2692) 40-cl sırada yer alıb. Rauf Məmmədov (2657) 69-cu pillədəki mövqeyini qoruyub.

    Cədvələ 2837 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

    Qadınların cədvəlində ən yaxşı təmsilçimiz Gövhər Beydullayeva (2394) 8 pillə geriləyərək 53-cü sıraya düşüb. Mövqeyini 4 pillə pisləşdirən Günay Məmmədzadə (2390) 57-cidir. 10 pillə geriləyən Ülviyyə Fətəliyeva (2374) 67-ci, 3 addımlıq irəliləyişə nail olan Xanım Balacayeva (2358) 82-ci pillədədir. “100-lüy”ə qayıdan Gülnar Məmmədova isə 2352 xalla 91-ci sıradadır.

    Qadınların reytinq cədvəlinə çinli Yifan Hou başçılıq edir – 2633 xal.


    SON XƏBƏRLƏR

    30 Aprel 2025