• Bakı 23° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Güləşçilərimiz Dünya Seriyasının 2-ci mərhələsində iştirak edəcəklər

İDMAN

30 May 2025 | 20:13

Güləşçilərimiz Dünya Seriyasının 2-ci mərhələsində iştirak edəcəklər

Sabah Xorvatiyanın Poreç şəhərində Dünya Seriyasının 2-ci mərhələsi keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, iki gün davam edəcək yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında bu növdə 3 qat dünya çempionu olmuş İbrahim Yusubovla (90 kq) yanaşı, debütant Vüsal Əliyev (70 kq) çıxış edəcək.

Şənbə günü qrup mərhələsinin görüşləri keçiriləcək. Həlledici qarşılaşmalar bazar günü baş tutacaq. Görüşlər Bakı vaxtı ilə 12:00-da başlayacaq.

Qeyd edək ki, Dünya Seriyası 5 mərhələdən ibarətdir. Yekunda bütün mərhələlər üzrə ən çox xal toplayan güləşçilər dünya çempionu ünvanına sahib çıxacaq.

 


SON XƏBƏRLƏR

31 May 2025