• Bakı 14° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

"Lənkəran"ın baş məşqçisi "Şəki"yə uduzduqları oyunu dəyərləndirib

İDMAN

01 Aprel 2025 | 17:17

Lənkəranın baş məşqçisi Şəkiyə uduzduqları oyunu dəyərləndirib

"Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün sonuncu - XX turunda "Şəki"yə məğlub olduqları oyunu dəyərləndirib.

Bakıvaxtı.az-ın məlumatına görə, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

Belaruslu baş məşqçi komandada basketbolçu sayının az olmasının məğlubiyyətlərə səbəb olduğunu bildirib:

"Ardıcıl məğlubiyyətlərdən sonra yaramış psixoloji gərginlik bu oyuna da təsir etdi. Komandada basketbolçu sayının az olması yenə sözünü dedi. Yalnız ilk 2 periodda rəqibə müqavimət göstərə bildik. Daha sonra yorğunluq nəzərə çarpırdı. Müdafiədə passiv olmağımız da məğlubiyyətə səbəb olan əsas amillərdən idi. Azakreşlərə dəstəklərinə görə təşəkkürümüzü bildiririk. Doğma meydanda qələbə qazana bilmədiyimiz üçün məyusuq. Artıq play-indəki görüşlərə köklənəcəyik. Həmin matçlarda maksimumu etməyə çalışacağıq".

Qeyd edək ki, "Lənkəran" - "Şəki" qarşılaşması qonaq komandanın 107:78 hesablı qələbəsi ilə yekunlaşıb.


SON XƏBƏRLƏR