Bolqarıstanın “Ludoqorets” klubu qvineyalı vinger Salifu Suma ilə bağlı “Zirə”yə təklif göndərib.
Bakıvaxtı.az “AfricaFoot”a istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun “Zirə” ilə müqaviləsində nəzərdə tutulduğu kimi 800 min avronu ödəməyə razıdır.
Bolqarıstan klubu Suma ilə 3 illik müqavilə imzalamağı planlaşdırır.
Suma 2023-cü il avqustun 2-dən “Zirə”də çıxış edir. Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.