• Bakı 15° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

PUA-larla bağlı yeni dövlət rüsumları müəyyənləşir

SİYASƏT

01 May 2025 | 11:39

PUA-larla bağlı yeni dövlət rüsumları müəyyənləşir

Pilotsuz uçuş aparatları ilə əlaqədar yeni dövlət rüsumları müəyyənləşir.

Bakıvaxtı.az xəbər verir, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat dövlət rüsumu müəyyənləşir.

Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin və model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün isə 10 manat dövlət rüsumu tətbiq olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR