• Bakı 16° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Nazir hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib

SİYASƏT

30 May 2025 | 14:28

Nazir hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib

Mayın 30-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxslərindən ibarət işçi qrupu tərəfindən hazırlanan yeni layihələri təqdim olunub.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirdə müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi nizamnamələrin yenilənməsi məqsədilə yaradılan işçi qrupunun fəaliyyəti və təqdim edilən layihələr barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, müasir dövrün tələblərinə əsasən hazırlanan hərbi nizamnamələrin yeni layihəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, tətbiq edilən yeniliklər və milli-mənəvi dəyərlərimiz nəzərə alınıb.

Tədbirdə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi intizamın daha da möhkəmləndirilməsi, nümunəvi hərbi xidmət edən hərbi qulluqçuların mükafatlandırılmasına dair tövsiyələr verib və aidiyyəti üzrə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.


SON XƏBƏRLƏR