• Bakı 13° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Zelenski keçmiş müşavirinə sanksiya tətbiq etdi

DÜNYA

01 May 2025 | 19:09

Zelenski keçmiş müşavirinə sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş müşaviri Aleksey Arestoviçə qarşı sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı fərman Ukrayna liderinin saytında dərc olunub.

Sanksiyalar on il müddətinə tətbiq edilib. Belə ki, ona uyğun olaraq aktivləri bloklanacaq, Arestoviçin sosial şəbəkələrdəki səhifələrinə giriş məhdudlaşdırılacaq, həmçinin onun Ukrayna ərazisində məlumat yayması qadağan ediləcək.

Qeyd edək ki, 2023-cü il yanvarın 14-də Dneprdə çoxmərtəbəli binanın girişinin çökməsinə Ukrayna qüvvələri tərəfindən vurulan raket səbəb olduğunu iddia edən Aretoviç həmin ilin yanvarında istefa verib. Daha sonra üzr istəyib və sözlərini səhv adlandırıb.


SON XƏBƏRLƏR