• Bakı 13° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

"Barselona" üçün ciddi itki

İDMAN

01 May 2025 | 18:33

Barselona üçün ciddi itki

"Barselona"nın futbolçusu Jül Kunde sıradan çıxıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

26 yaşlı müdafiəçi Çempionlar Liqasının yarımfinalının ilk oyunlarında "İnter"lə matçda zədələnib. O, görüşün 42 dəqiqəsində meydanı tərk edib. 

Bu gün səhər tibbi müayinədən keçən fransalı oyunçuya sol ayaq budunun arxa əzələləri zədəsi diaqnozu qoyulub. Kundenin 3 həftəyə yaxın yaşıl meydanlardan uzaq qalacağı güman edilir. 

Qeyd edək ki, Jül Kunde bu mövsüm "Barselona"nın heyətində 53 oyuna çıxaraq 4 qol vurub və 8 qolun ötürməsini edib. 


SON XƏBƏRLƏR