"Ayaks"ın yeni baş məşqçisi müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, Amsterdam təmsilçisini Con Heytinqa çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı mütəxəssislə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb. O, bu vəzifədə Françesko Fariolini əvəzləyb.
Qeyd edək ki, Con Heytinqa "Liverpul"un baş məşqçisi Arne Slotun köməkçisi vəzifəsində çalışırdı. O, 2023-cü ildə də "Ayaks"ın baş məşqçisi olub.



jpeg-1751287218.webp)







jpg-1751261762.webp)
jpg-1751260635.webp)



