Çempionlar Liqasının bugünkü final oyununa Azərbaycan və Türkiyə telekanalları vasitəsilə baxmaq mümkün olacaq.
Bakıvaxtı.az xəbər verir ki, finalda İtaliyanın “İnter” və Fransanın PSJ klubları qarşılaşacaq.
Oyunu Azərbaycanda “CBC Sport” kanalı, Türkiyədə isə “TRT-1” kanalı canlı yayımlayacaq.
Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.