• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gimnastımız Avropa çempionatında 4-cü oldu

İDMAN

31 May 2025 | 16:32 | Müəllif: Gülşən Şərif

Gimnastımız Avropa çempionatında 4-cü oldu

Nikita Simonov Almaniyanın Leypsiq şəhərində idman gimnastikası üzrə Avropa çempionatında 4-cü yeri tutub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan millisinin idmançısı halqalarla yarışın finalında çıxış edib.

O, 14,333 xal toplayıb ki, bu da dördüncü nəticə olub. Bu növdə qələbəni daha əvvəl çoxnövçülükdə qalib olmuş türkiyəli Adem Asil qazanıb.

Qeyd edək ki, ötənilki qitə çempionatında Simonov halqalarda gümüş medal qazanmışdı.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026