• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“İnter”in sabiq prezidenti vəfat etdi

İDMAN

31 May 2025 | 14:46 | Müəllif: Gülşən Şərif

“İnter”in sabiq prezidenti vəfat etdi

İtaliyanın “İnter" klubunun sabiq prezidenti Ernesto Pelleqrini vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, 84 yaşlı funksioner komandasının UEFA Çempionlar Liqasının finalı oyunu günü dünyasını dəyişib.

Pelleqrini 1984-1995-ci illərdə "İnter"in sahibi olub. Onun rəhbərliyi altında "neradzurri" İtaliya çempionatı (1989), İtaliya Superkuboku (1989) və iki dəfə UEFA Kubokunu (1991, 1994) qazanıb.

O, 1995-ci ilin fevralında klubdakı paylarını Massimo Morattiyə satıb.

“İnter” 2020-ci ildə Ernesto Pelleqrinini klubun Şöhrət Zalına daxil edib.

Qeyd edək ki, “İnter” bu gün Çempionlar Liqasının finalında PSJ ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026