• Bakı 22° C

    8.23 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşəcək

İDMAN

31 May 2025 | 09:26

Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşəcək

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi bu gün müəyyənləşəcək.

Bakıvaxtı.az xəbər verir ki, həlledici görüşdə İtaliyanın “İnter” və Fransanın PSJ klubları üz-üzə gələcəklər.

Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da, saat 23:00-da başlayacaq qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

UEFA Çempionlar Liqasını ən çox qazanan komanda İspaniya təmsilçisi “Real”dır. Madrid klubu 15 dəfə kuboku başı üzərinə qaldırıb.

Finalda iştirak edən komandalardan “İnter” tarixi ərzində 3 dəfə (1963/1964, 1964/1965, 2009/2010) yarışın qalibi adını qazanıb. Fransa klubu isə heç vaxt belə sevinc yaşamayıb.

Turnirin tarixində ən çox qol vuran futbolçu Portuqliya yığmasının və “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldudur (141).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının son qalibi İspaniyanın “Real” klubu olub.


SON XƏBƏRLƏR

31 May 2025