• Bakı 14° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Pakistanla qardaşlıq, Hindistanla balans – Azərbaycanın Asiya siyasəti

SİYASƏT

01 May 2025 | 15:21

Pakistanla qardaşlıq, Hindistanla balans – Azərbaycanın Asiya siyasəti

"Azərbaycan və Pakistan arasında tarixi əlaqələr mövcuddur. 1940-cı illərdə o bölgədə ekoloji fəlakət və aclıq sürən zaman Azərbaycan xalqı öz qızıllarını, var dövlətini pakistanlılara gönədirirdi. Tarix boyu iki xalq arasında əlaqələr daim mövcud olub". 

Bu barədə siyasi şərhçi, hüquq müdafiəçisi Əhməd Şahidov Bakıvaxtı.az-a açıqlamasında deyib. 

Ekspert bildirib ki, hələ Birinci Qarabağ müharibəsi illərindən Pakistan hər zaman Azərbaycana dəstəyini, qəti mövqeyini bildirib: 

"Hərbi-siyasi dəstəyə hazır olduğunu qeyd edib. 44 günlük müharibə dövründə də Pakistanın qardaş dəstəyini gördük. Pakistanla Azərbaycan arasında siyasi-hərbi, mədəni əməkdaşlıq var. Pakistanın istehsal etdiyi qırıcı təyyarələr Azərbaycan tərəfindən idxal olunur. Buna qarşılıq olaraq Hindistan açıq şəkildə Ermənistanın tərəfində durur və silahlar göndərir. İkinci Qarabağ müharibəsində Ermənistana göstərilən dəstək bugünədək davam etməkdədir. Hindistan Ermənistana yaxın və uzaqmənzilli raketlər göndərir. Təbii ki, bu da haqlı olara Bakının narazılığına səbəb olur. Hindistanın Ermənistana silah tədarükü Azərbaycanın milli maraqlarına birbaşa təhdiddir".

Əhməd Şahidov: Hindistan Asiyanın önəmli ölkələrindən biridir
 
Analitik vurğulayıb ki, buna baxmayaraq, Azərbaycanla Hindistan arasında müəyyən diplomatik əlaqələr, ticarət əlaqələri var: 

"Hindistan Asiyanın önəmli ölkələrindən biridir. Amma bu, heç bir halda Azərbaycan-Pakistan əlaqələrinə xələl gətirmir. Xüsusən Kəşmir məsələsində Azərbaycanın rəsmi mövqeyi Pakistandan yanadır. Təkcə Azərbaycan deyil, qardaş Türkiyə də Pakistanı açıq formada dəstəkləyir. Son günlərdə baş verən eskalasiya fonunda Türkiyədən Pakistana hərbi yük təyyarələri uçur, hərbi yardımlar daşıyırlar. Mümkün hərbi toqquşma zamanı Pakistana qardaş dəstəyi göstərilir. Nüvə müharibəsi ehtimalı hər zaman gündəmdədir".

Onun sözlərinə görə, Hindistan daha böyük orduya, hərbi gücə sahib olsa da, Pakistanın nüvə başlıqları, müasir silahları heç də az deyil. Pakistanın ortamənzilli ballistik raketləri Hindistanın dərinliklərinədək strateji hədəfləri vurma gücündədir. Amma istənilən halda nüvə müharibəsi hər iki ölkədən onminlərlə insanın ilk saatlarda həlak olmasına səbəb olar. Təbii ki, Azərbaycan müharibələrdə, regional qarşıdurmalara, humanitar fəlakətə səbəb olacaq savaşlarda maraqlı deyil.

Aydın Baxış


SON XƏBƏRLƏR