İran prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi 28 aprel tarixli səfər yerli və xarici mediada hələ də müzakirə olunmaqdadır.
Xatırladaq ki, Azərbaycanda rəsmi səfəri zamanı Məsud Pezeşkianı Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət edib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Məsud Pezeşkianı Bakı səfərində müşayiət edən nümayəndə heyətində onun böyük oğlu Yusif Pezeşkian da olub.
Məsud Pezeşkianın böyük oğlu Yusif Pezeşkian hazırda İran Prezident Administrasiyası rəhbərinin media üzrə müşaviri və köməkçisi vəzifəsində çalışır. O, həmin vəzifəyə ötən ilin noyabrında təyin olunub. Y.Pezeşkianı bu vəzifəyə Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi təyin edib.
Pezeşkianın yanaşı əyləşən qızı və oğlu Bakıda...
Yusif Pezeşkian Şərif Texnologiya Universitetinin bakalavr, magistr və doktorantura pillələrində təhsil alıb.
Xatırladaq ki, Yusif Pezeşkianla yanaşı, bacısı Zəhra Pezeçkian da atasını Bakı səfərində müşayiət edib.
Qeyd edək ki, Məsud Pezeşkianın 3 övladı var – oğlanları Yusif və Mehdi, qızı Zəhra.