• Bakı 14° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Poçt direktoru nazir müavini təyin olundu - FOTO

CƏMİYYƏT

01 May 2025 | 15:19

Poçt direktoru nazir müavini təyin olundu - FOTO

Naxçıvanın rəqəmsal inkişaf və nəqliyyat nazirinə müavin təyin edilib.

Bakıvaxtı.az “Nuhçıxan”a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisi Sədrinin Sərəncamına əsasən, bu vəzifəyə Azər Şahverdi oğlu Məmmədrəhimov təyin olunub.

Ona nazir vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsini isə Rahid Ələkbərli icra edib.

Qeyd edək ki, A. Məmmədrəhimov 2024-cü ilin avqustundan cari tarixə qədər “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib.


SON XƏBƏRLƏR