• Bakı 15° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Kəlbəcər, Ağdam, Xankəndi şəhər prokurorları təsis edilib - Baş prokuror

SİYASƏT

01 May 2025 | 11:25

Kəlbəcər, Ağdam, Xankəndi şəhər prokurorları təsis edilib - Baş prokuror

“Respublikamızın bugünkü uğurlarının əsasını Ümumilli Heydər Əliyevin uzaqgörən siyasəti təşkil etməkdədir"

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında yenidən Baş prokuror seçilən Kamran Əliyev çıxışı zamanı deyib.

Bildirib ki, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi sayəsində 30 ildən çox müddətdə işğal altında olan ərazilər azad edilib, suverenliyimiz bərpa edilİb.

"Azad edilmiş ərazilərdə bərpa işlərinə başlanıb, artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb. Prokurorluq orqanlarında yeni prokurorluqlar, Kəlbəcər, Ağdam, Xankəndi şəhər prokurorları təsis edilib. Davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında yeni və mühüm vəzifələr qoyur. Bunlardan birincisi, dövlətçiliyin daxili və xarici təhdidlərdən mühafizəsidir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR