• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycanda bu qadağa qüvvəyə mindi

SİYASƏT

01 May 2025 | 16:18

Azərbaycanda bu qadağa qüvvəyə mindi

Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 11-də qəbul etdiyi qanunu təsdiqləyib. 

Bakıvaxtı.az xəbər verir ki, dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.

Qadağa 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları üçün gələn il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları üçün isə gələn il iyulun 1-dən qüvvəyə minəcək. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026