İngiltərənin "Çelsi" klubunun qadın futbolçulardan ibarət komandası ardıcıl 6-cı dəfə ölkə çempionu olub.
Bakıvaxtı.az xəbər verir ki, bu, XX turda “Arsenal”ın “Aston Villa”ya 2:5 hesablı məğlubiyyətindən sonra reallaşıb.
Səfərdə "Mançester Yunayted"i məğlub edən komanda bu nəticədən sonra mövsümün sonuna 2 tur qalmış Premyer Liqada növbəti çempionluğunu rəsmiləşdirib.
London klubu cari mövsüm üçüncü titulunu qazana bilər. Belə ki, "Çelsi" İngiltərə kubokunun finalında "Mançester Yunayted"lə qarşılaşacaq. Komanda daha əvvəl İngiltərə Liqa Kubokunda da qızıl medalların sahibi olub.
Qeyd edək ki, "Çelsi" 2019/2020 mövsümündən bəri hər il ölkə çempionatın qalibi adını qazanır.