"Liverpul" niderlandlı futbolçu Ceremi Frimponqu transfer edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə klubu 24 yaşlı cinah müdafiəçisinin transferi üçün Leverkuzen "Bayer"inə 35 milyon avro ödəyib. Onunla 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ceremi Frimponq bu mövsüm "Bayer"in heyətində 48 oyuna çıxaraq 5 qol vurub və 12 qolun ötürməsini edib.