• Bakı 13° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Banklardan borclanan vətəndaşlarımızın sayı artır - Deputat

İQTİSADİYYAT

01 May 2025 | 11:55

Banklardan borclanan vətəndaşlarımızın sayı artır - Deputat

"Bir sıra ölkələrin qanunvericiliyində olduğu kimi fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq edilə bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, kredit portfeli üzrə artım eyni zamanda istehlak kreditlərində də özünü göstərir. Qeyd edib ki, 2024-cü ilin yekunlarında istehlak kreditlərin həcmi 2023-cü il ilə  müqayisədə 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manatadək yüksəlib. 

"Hazırda 3 milyondan çox vətəndaşımızın banklara istehlak kreditləri üzrə borcu var. Rəsmi statistika göstərir ki, banklardan borclanan vətəndaşlarımızın sayı artır".

Həmçinin bildirib ki, vaxtı keçmiş kreditlərin  həcmi 2024-cü ilin sonuna nisbətə bu ilin ilk rübündə 449.1 milyon manatdan 481.6 milyon manatadək yüksəlib ki, bu o deməkdir ki, son aylar problemli kreditlərin həcmi yüksəlməkdədir və bu daha çox borclu deməkdir: 

"Oxşar vəziyyət qeyri-işlək kreditlər üzrə müşahidə olunur. Belə ki, 2024-cü il ərzində qeyri-işlək portfelin həcmi mütləq ifadədə 6.7 faiz  və ya 41 milyon manat artaraq 655 milyon manat təşkil etmişdir. Bu məbləğin 246 milyon manatı istehlak kreditləridir, yəni fiziki şəxslərin payına düşür.  375 milyon manatlıq biznes kreditləri isə qeyri-işləkdir".

Mina Mikayılova


SON XƏBƏRLƏR