Misli Premyer Liqasının XXXII turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (3:2) sonra qnaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Bakıvaxtı.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– İlk hissədə yaxşı oynamadıq. Hakim barədə sual verməyin, danışmayacağam. İkinci hissədə daha aqressiv oynadıq və hesabı bərabərləşdirdik. Amma təəssüf ki, sonra yenə qol buraxdıq.
– Avrokuboklara vəsiqəni təmin etməyiniz futbolçulara təsir göstərdi?
– Müəyyən mənada, hə. Çünki ilk hissədə diqqətsizlik var idi. İkinci hissədəki oyuna görə futbolçulara təşəkkür etdim, gedişatı dəyişə bildik. Qol buraxmasaydıq, daha yaxşı olardı.
– Müdafiəçilərin epizodlara gec reaksiya verməsi nə ilə bağlı idi?
– İlk hissədəki oyuna görə razılaşmaq olar. Amma rəqib futbolçular da aqressiv idi. Bəzən ikinci topların götürülməsində də gecikdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik.
– İki komandanın da aqressiv oyunu nədən qaynaqlanırdı?
– Hakimliyə görə belə oldu.
– Nəzərdə tutduğunuz transferlər var, ya axtarışdasınız?
– Axtarışlarımız davam edir, yekun nəticə yoxdur.
– Neçə transfer istəməyinizlə bağlı rəhbərliklə danışmısınız?
– Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq.
Bakı 




