• Bakı 23° C

    11.84 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

DÇ-26: İsveç Tunisi məğlub edib

İDMAN

15 Iyun 2026 | 09:01

DÇ-26: İsveç Tunisi məğlub edib

İsveç millisi DÇ-2026-da ilk oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Avropa təmsilçisi F qrupunun ilk turunda Tunis yığması ilə qarşılaşıb.

    Monterreydə keçiriləcək görüş Bakı vaxtı ilə saat 06:00-da start götürüb.

    Oyunda hesab 7-ci dəqiqəqə açılıb. Tunis əsilli Yasin Ayari İsveçi önə keçirib. 30-cu dəqiqədə Aleksandr İsak fərqi 2-yə çatdıırb. Tunis 43-cü dəqiqədə Rekikin qoluyla fərqi minimuma endirib. İlk hissədə başqa qol olmayıb.

    İsveç 2-ci yarıya da qolla başlayıb. 59-cu dəqiqədə Gyökereş hesab arasındakı fərqi yenidən 2 topa çatdırıb. 84-cü dəqiqədə Svanberq İsveçin 4-cü qolunu vurub. Görüşün son dəqiqəsində Yasin Ayari özünün 2-ci, komandasının 5-ci qolunu vurub. Matç İsveçin 5:1 hesablı darmadağını ilə başa çatıb.

    DÇ-2026, F qrupu, I tur
    15 iyun
    06:00. İsveç – Tunis 5:1

    İsveç: Nordfeldt, Lagerbielke, Lindelöf, Hien, Gudmundsson, Bernhardsson, Nygren, Karlstrom, Ayari, Isak, Gyökereş.

    Tunis: Chamakh, Abdi, Talbi, Rekik, Valery, Ben Hmida, Meybri, Kedira, Şkiri, Slimane, Saad.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Iyun 2026