• Bakı 13° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Cənubi Koreya Baş nazirinin müavini istefa verib

DÜNYA

01 May 2025 | 19:21

Cənubi Koreya Baş nazirinin müavini istefa verib

Mayın 2-dən etibarən prezident səlahiyyətlərinin icrasına başlayacağı gözlənilən Cənubi Koreyanın Baş nazirinin müavini Çoy San Mok postundan istefa vermək niyyətində olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Koreya Respublikası parlamentinin plenar iclasında Çoy San Moka qarşı impiçment təklifi təqdim edilib.

Xatırladaq ki, bir müddət əvvəl Koreya Respublikasının prezidenti vəzifələrini müvəqqəti icra edən Baş Nazir Han Dok Su da iyunun 3-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün postundan getmişdi. Siyasi ierarxiyaya görə prezidenti vəzifələrini müvəqqəti icra edən şəxs ötən ilin dekabrdan bu ilin mart ayına qədər artıq bu vəzifədə işləmiş Çoy San Mok olmalı idi.


SON XƏBƏRLƏR