• Bakı 13° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Bakıda binanın damında yeni mərtəbənin tikintisi dayandırıldı

CƏMİYYƏT

01 Aprel 2025 | 18:36

Bakıda binanın damında yeni mərtəbənin tikintisi dayandırıldı

Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanında yerləşən “Kəpəz” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının damında aparılan işlərlə bağlı aprelin 1-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib, nəticədə, razılaşdırılmamış tikinti işlərinin aparıldığı müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Komitə məlumat yayıb. 

“Aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün Baş İdarə tərəfindən dayandırılıb və akt tərtib edilib. Eyni zamanda, şəhərsalma nəzarəti çərçivəsində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edilib”, - məlumatda bildirilir.

Qeyd edək ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin baxışı vətəndaşların şikayəti əsasında aparılıb.

Şikayətçilərin sözlərinə görə, binanın damında əlavə mərtəbə tikmək məqsədilə söküntü işləri aparılır. “Şəhərin mərkəzində insanların həyatını təhlükəyə ataraq binaya əlavə mərtəbə artırmaq tamamilə qanunsuzdur. Çünki binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış sahəsi yaratmaq məqsədilə binanın damını tamamilə sökür. Gələcəkdə bu mənzilləri alan vətəndaşlar ciddi risklə üzləşəcəklər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, tədbir görülmür”, - deyə şikayətçilər bildiriblər.


SON XƏBƏRLƏR