Finlandiya piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaq üçün hazırlıqlara başlayır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Petteri Orpo hökumətin brifinqində bildirib.
Bu addım Polşa və Baltik ölkələri - Estoniya, Latviya və Litvanın Rusiya tərəfindən hərbi təhlükəyə istinad edərək qəbul etdikləri oxşar qərarlar fonunda atılıb.
Eyni zamanda Finlandiya müdafiə büdcəsini ÜDM-in 3 %-nə qədər artırmağı planlaşdırır. Bundan əlavə, quru qoşunlarında islahat aparılacaq.
"Vurğulamaq istəyirəm ki, Finlandiyanın və onun sakinlərinin narahat olmağa səbəbi yoxdur. Qəbul edilmiş qərarlarla biz Finlandiyanın müdafiəsinin növbəti illərdə də etibarlı şəkildə təmin olunacağına zəmanət veririk", - Baş nazir bildirib.