• Bakı 12° C

    3.81 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Pakistan Prezidentinin son durumu açıqlandı - YENİLƏNİB

DÜNYA

01 Aprel 2025 | 23:33

Pakistan Prezidentinin son durumu açıqlandı - YENİLƏNİB

Pakistan prezidenti Asif Əli Zərdari səhhəti pisləşdiyi üçün Kəraçidəki özəl xəstəxanaya yerləşdirilib. 

Bakıvaxtı.az xəbər verir ki, Zərdari qızdırma və infeksiya şikayətindən sonra Nəvabşahdan xəstəxanaya aparılıb. Orada Zərdari bir neçə tibbi müayinədən keçib. Hazırda həkimlər onun vəziyyətini izləyirlər.

Pakistan Xalq Partiyasının mənbələri bildirib ki, həkimlər qrupu prezidentə intensiv terapiya və müalicə aparır. Eyni zamanda, partiya liderləri Zərdarinin vəziyyətinin yaxşılaşdığını və hazırda özünü daha yaxşı hiss etdiyini qeyd ediblər.

 

***20:09

Pakistan Prezidenti Asif Əli Zərdari vəziyyəti pisləşdiyi üçün təcili olaraq Kəraçidəki özəl xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Pakistan Xalq Partiyasının (PPP) məlumatına görə, Zərdari hazırda müalicə alır və həkimlər onun vəziyyətini qiymətləndirmək üçün lazımi tibbi müayinələr aparırlar. Xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib: hüquq-mühafizə orqanları müəssisənin ərazisinə icazəsiz girişi məhdudlaşdırıb.

Xəstəxanaya yerləşdirilməsindən bir gün əvvəl prezident Nəvabşahdakı iqamətgahında Ramazan bayramı namazında iştirak edib. Orada onu Milli Assambleyanın sədr müavini Qulam Mustafa Şah, əyalət naziri Əli Həsən və bir sıra qonaqlar müşayiət edib.

Xatırladaq ki, 2024-cü ildə BƏƏ-yə özəl səfəri zamanı Dubayda təyyarədən çıxarkən Zərdarinin ayağı sınıb.

Hələlik onun səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib./report


SON XƏBƏRLƏR

02 Aprel 2025