Xəbər verdiyimiz kimi, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq vəzifələrdən azad ediliblər.
Bakıvaxtı.az xəbər verir ki, “Foks Nyus”un daha bir iddiasına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff M.Uoltsu təhlükəsizlik müşaviri vəzifəsində əvəz edə bilər.
“Uoltsun yerinə aparıcı namizəd Uitkoffdur”, - deyə bildirilib.