• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lavrov: Rusiya və ABŞ münasibətlərin normallaşdırılması...

DÜNYA

01 Aprel 2025 | 20:00 | Müəllif: Subhan Mahmudov

Lavrov: Rusiya və ABŞ münasibətlərin normallaşdırılması...

Rusiya və ABŞ ikitərəfli münasibətləri normallaşdırmaq üçün yeni görüş hazırlayır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

Rusiya XİN başçısının sözlərinə görə, Moskva və Vaşinqton iki ölkə prezidentinin razılığı ilə səfirliklərin işinə ciddi mane olan “qıcıqlandırıcı” məsələlərin aradan qaldırılması mövzusu üzərində işləyirlər.

“İstanbulda görüş oldu, hazırda ikinci görüş hazırlanır, eyni zamanda, telefon və videokonfrans vasitəsilə təmaslar qurulur. Proqnoz vermək istəmirəm, lakin irəliləyiş olduğunu və amerikalı tərəfdaşlarımızın diplomatik praktika baxımından tamamilə qəbuledilməz olan diplomatların paytaxtlarda normal işinə mane törədən məsələləri aradan qaldırmaq istəyini görürük”, - Lavrov deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR