“Forbes” jurnalının versiyasına görə, amerikalı iş adamı İlon Mask dünyanın ən varlı insanlarının siyahısına başçılıq edir.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, onun sərvəti 342 milyard dollar məbləğində qiymətləndirilir.
İkinci yerdə 216 milyard dollar sərvətlə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq, üçüncü yerdə isə 215 milyard dollar sərvətlə “Amazon”un təsisçisi Ceff Bezos qərarlaşıb. Dördüncü yerdə “Oracle” korporasiyasının qurucularından biri olan Larri Ellison yer alır, onun sərvəti 192 milyard dollar təşkil edir.
2024-cü ildə siyahıya “LVMH” şirkətlər qrupunun sahibi milyarder Bernard Arno başçılıq edib, lakin 2025-ci ildə o, 178 milyard dollar məbləğində sərvətlə beşinci pilləyə enib.
“Forbes”ın builki siyahısına ümumi sərvəti 16,1 trilyon dollar təşkil edən 3 mindən çox insan daxil edilib. Tarixdə ilk dəfə olaraq üç nəfərin sərvəti 200 milyard dollardan çoxdur.