Hindistanda partlayıcı maddələr istehsal olunan fabrikdəki partlayış nəticəsində 18 nəfər ölüb.
Bakıvaxtı.az “gmanews”a istinadən xəbər verir ki, rəsmilər bu rəqəmin artacağını istisna etmir.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
İlkin məlumata görə, anbardakı qurğulardan birinin partlaması nəticəsində qeydə alınan partlayış yanğınla müşayiət olunub.
Müəssisənin rəhbərliyi həmin vaxt ərazidə olan işçilərin dəqiq sayı barədə məlumatsız olduğunu bildirib.
Partlayışdan xilas olunan 5 nəfər xəstəxanaya çatdırılıb.