• Bakı 13° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Ukrayna Avropa Komissiyasından 3,5 milyard avroluq növbəti yardım alıb

DÜNYA

01 Aprel 2025 | 17:51

Ukrayna Avropa Komissiyasından 3,5 milyard avroluq növbəti yardım alıb

Ukrayna Avropa Komissiyasından Kiyev üçün makromaliyyə yardım proqramı (“Ukraine Facility”) çərçivəsində 3,5 milyard avro məbləğində növbəti tranşı alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal sosial şəbəkələrdə məlumat yayıb.

Onun sözlərinə görə, proqram çərçivəsində ümumi maliyyə yardımı artıq 19,6 milyard avroya çatıb.

Avropa İttifaqı Şurası martın 17-də 3,5 milyard avro məbləğində tranşı təsdiqləyib.

Məlumatda qeyd olunub ki, Ukrayna üçüncü ödənişi almaq üçün zəruri şərtləri yerinə yetirib. Bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üçün islahatların həyata keçirilməsi və s. kimi 13 addımı reallaşdırıb.


SON XƏBƏRLƏR