• Bakı 14° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Polşa Smolensk fəlakəti işində 43 rusiyalı eksperti ittiham edir

DÜNYA

01 Aprel 2025 | 17:19

Polşa Smolensk fəlakəti işində 43 rusiyalı eksperti ittiham edir

Polşa prokurorları 2010-cu ildə Smolenskdə Polşa prezidenti Lex Kaçinskinin ölümü ilə nəticələnən təyyarə qəzasının təhqiqatında iştirak edən 43 rusiyalı ekspertə qarşı yeni ittihamlar irəli sürüb. 

Bakıvaxtı.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə PAP agentliyinə 1 saylı İstintaq Qrupunun rəhbəri Kşiştof Şvark məlumat verib.

Xüsusi iddialar açıqlanmasa da, rusiyalı mütəxəssislər mərhumun yarılma protokollarının tərtib edilməsində pozuntularda şübhəli bilinirlər. Onlar beynəlxalq axtarışa verilə bilər. “Düşünürəm ki, biz həbs qərarı vermək və beynəlxalq axtarışa başlamaq üçün zəruri olan həbslə bağlı məhkəməyə müraciət edəcəyik”, deyə Şvarts bildirib.

Faciə 2010-cu il aprelin 10-da göyərtəsində 96 nəfərin olduğu Tu-154 təyyarəsinin Smolensk hava limanına yaxınlaşarkən qəzaya uğraması ilə baş verib. Həmin an sərnişinlər arasında Polşa prezidenti Lex Kaçinski, onun həyat yoldaşı, məşhur Polşa siyasətçiləri və ali hərbi komandanlıq olub.


SON XƏBƏRLƏR