• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Rusiyada yoxsulluğun artımı qeydə alınıb

DÜNYA

01 Aprel 2025 | 14:11

Rusiyada yoxsulluğun artımı qeydə alınıb

Rusiyada yoxsulluq və borc yükünün artımı qeydə alınıb.

    Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (MTQPM) təhlilində bildirilib.

    Qeyd olunub ki, Rusiya iqtisadiyyatındakı mənfi tendensiyalar uğurları üstələyir.

    Təhlildə mənfi amillər sırasında əhalinin yoxsul təbəqəsinin daha da yoxsullaşması və borc yükünün artması əks olunub.

    Vurğulanıb ki, aşağı gəlirli əhalinin istehlak səbətində (ilk növbədə ərzaq) inflyasiya əhəmiyyətli dərəcədə artıb.

    "Müvafiq olaraq, yoxsul əhalinin faktiki rifah göstəricisi hələ bir il əvvəlki səviyyədən aşağıdır", - MTQPM-nin təhlilində bildirilib.


    SON XƏBƏRLƏR