İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vahid bəyannamənin formasını və onun əlavələrini yeni redaksiyada təsdiq edib.
Bakıvaxtı.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi ilə bağlı iclaslarında özəl sektor nümayəndələri ilə aparılmış müzakirələr, vergi ödəyicilərindən daxil olan sənədlərin təhlili zamanı “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin tərtibi zamanı müəyyən təkmilləşdirmələrin aparılmasına, onun tərtibatının sadələşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.
Yeni redaksiyada təsdiq edilmiş bəyannamə forması və əlavələr aşağıdakılardır:
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin forması və onun tərtib edilməsi qaydası;
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №1”in (İşçilər (sığortaolunanlar) barədə məlumat) forması və onun tərtib edilməsi qaydası;
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №2”nin (Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə xarici əməkdaşlar barədə illik məlumat) forması və onun tərtib edilməsi qaydası;
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №3”ün (Sığortaolunanların həyatın yığım sığortası üzrə müqavilələrinə vaxtından əvvəl xitam verildiyi halda sığortaçının təqdim etdiyi məlumat) forması və onun tərtib edilməsi qaydası;
"Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №4”ün (İşçilərin muzdlu işlə əlaqədar cəlb olunmayan gəlirləri barədə məlumat) forması və onun tərtib edilməsi qaydası.
Dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək.