Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.
Əmlak Məsələləri Dövlət Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, hərracda 4-ü nəqliyyat vasitəsi, 3-ü avadanlıq , 2-si torpaq sahəsi olmaqla toplam 9 əmlak satışa qoyulacaq.
Əmlakların start qiymətləri 3 600 manatdan 14 100 manata qədər dəyişir.
Hərrac mayın 15-i saat 11:00-da keçiriləcək.
Qeyd edək ki, Mustafayev Elnur Vaqif oğluna məxsus 0,02 hektar ərazisi olan torpaq sahəsi istisna olmaqla, digər vergi ödəyicilərin əmlaklarına 40 faiz endirim tətbiq olunub. Mustafayev Elnur Vaqif oğlunun 0,02 hektar ərazisi 20 faiz endirimlə təklif olunur və ilkin start qiyməti 5 200 manat təşkil edir.
Onu da bildirək ki, hərracda satışa çıxarılacaq olan 2 torpaq sahəsi üçün əvvəlcədən 5 faiz beh, digər daşınar əmlaklar üçün isə 10 faz beh tələb olunur.