• Bakı 16° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

İQTİSADİYYAT

30 May 2025 | 14:56

Aztelekomun nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin nizamnamə kapitalı 43 242 018 manat və ya 2,9 dəfə artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 22 525 383 manatdan 65 767 401 manata çatdırılıb.

    Qeyd edək ki, bu ay "Aztelekom" MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilib.


    SON XƏBƏRLƏR