• Bakı 23° C

    2.67 m/s

Bakı-Tbilisi sərnişin qatarı əlamətdar gündə bərpa olunacaq?

İQTİSADİYYAT

30 Aprel 2025 | 22:00 | Müəllif: Subhan Mahmudov

Bakı-Tbilisi sərnişin qatarı əlamətdar gündə bərpa olunacaq?

Bakı-Tbilisi sərnişin qatarı mayın sonunda bərpa oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Gürcüstan KİV məlumat yayıb.

Qeyd edilib ki, hələ dəqiq tarix müəyyən edilməyib, tərəflər arasında bu istiqamətdə danışıqlar davam etdirilir.

Məlumata görə, ilk qatarın 26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may - Azərbaycanın Respublika Günü münasibətilə yola salınması barədə razılıq əldə edilib.

Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-i saat 06:00-dək uzadılıb./“Qafqazinfo”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026