• Bakı 16° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Neftimiz UCUZLAŞDI

İQTİSADİYYAT

01 May 2025 | 09:39

Neftimiz UCUZLAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13 ABŞ dolları, yaxud 1,71 % azalaraq 65,13 ABŞ dolları təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 63,28 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,12 ABŞ dolları və ya 1,74 % azalaraq 63,40 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.


SON XƏBƏRLƏR

30 Aprel 2025