• Bakı 15° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9214

    RUB - 2.0753

Bakıda 2 ildir bağlı olan İran Bankı AÇILDI

İQTİSADİYYAT

01 May 2025 | 10:45

Bakıda 2 ildir bağlı olan İran Bankı AÇILDI

İran Milli Bankının Bakı filialı (“Bank Melli İran-Baku”) fəaliyyətini tam bərpa edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya filialdan məlumat verilib. 

Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında “Bank Melli İran”ın Bakı filialında yoxlamalara başlamışdı. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. 


SON XƏBƏRLƏR