• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Suriya Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

SİYASƏT

01 Aprel 2025 | 19:11 | Müəllif: Subhan Mahmudov

Suriya Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrik məktubunda deyilir:

    "Cənab Prezident, Əziz Qardaş.

    Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

    Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm.

    Bayramınız mübarək!"


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Sentyabr 2026