• Bakı 11° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Klopp "Real"ı çalışdıra bilər

İDMAN

31 Mart 2025 | 10:57

Klopp Realı çalışdıra bilər

İngiltərənin "Liverpul" klubunun keçmiş çalışdırıcısı Yurgen Klopp İspaniya təmsilçisi "Real"ın yeni baş məşqçisi ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid təmsilçisi almaniyalı mütəxəssisi hazırkı baş məşqçi Karlo Ançelottinin ideal əvəzləyicisi qismində görür. Çünki o, istedadlı futbolçularla işləmək və gəncləri inkişaf etdirmək qabiliyyətinə malikdir.

65 yaşlı Ançelottinin "Kral klubu" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Y.Klopp məşqçiliyə qayıtmağa tələsməsə də, "Real"ın cəlbedici təklifi onu fikrindən daşındıra bilər.

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən 2024-cü ilə qədər "Liverpul"u çalışdırıb. O, bu müddətdə İngiltərə Premyer Liqası və Çempionlar Liqasının qalibi olub. 57 yaşlı mütəxəssis 2025-ci il yanvarın 1-dən "Red Bull" klubunun qlobal futbol rəhbəri postunda çalışır.


SON XƏBƏRLƏR

01 Aprel 2025